Serbiya prezidenti Aleksandar Vuçiç Kosovonun şimalındakı serblərdən barrikadaları yığışdırmalarını istəyib.
"Unikal" xəbər verir ki, bunu Serbiya hökuməti yanında Kosovo və Metoxiya üzrə departamentin rəhbəri Petar Petkoviç mətbuat konfransında deyib.
"Vuçiç serblərimizdən barrikadaları tərk etməyi xahiş edir", - Petkoviç deyib.
Dekabrın 10-da Kosovoda Deyan Pantiç adlı keçmiş serb polis həbs edildikdən sonra serblər etiraz etmək üçün küçələrə çıxıblar. Onlar Kosovonun şimalında barrikadalar qurublar və həmçinin Serbiya istiqamətində iki böyük sərhəd keçidində nəqliyyatın hərəkətini dayandırblar. Buna cavab olaraq Kosovo polisi əraziyə girişi bağlayıb.