Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomarevə Rusiya Silahlı Qüvvələrinin istifadəsinə dair saxta məlumatların yayılması maddəsi ilə cinayət işi açıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi nəlumat yayıb.
"Eks-deputata Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3 maddəsi ilə cinayət işi açılıb", - məlumatda qeyd olunub.
Həmçinin, bildirilir ki, bu işdə “Rusiyanın yeddi şəhərində bir sıra Telegram kanallarının administratorları və Moskvanın keçmiş bələdiyyə deputatları üzərində axtarışlar aparılır”.
Bununla yanaşı, oktyabrın 21-də Rusiya Ədliyyə Nazirliyi Ponomaryevi xarici agentlərin reyestrinə daxil edib.
Gülayə Mecid