"Ermənistanın və Artsaxın sülh yolu ilə təslim olması yönündə gedirik".
"Unikal" xəbər verir ki, bunu Ermənistan Parlamentinin deputatı Tiqran Abramyan "Facebook" hesabında yazıb.
O, Ermənistanın müttəfiqlərini onlara təzyiqlər göstərməkdə ittiham edib: "Onlar hakimiyyəti ancaq yemək, içmək, ləzzət almaq üçün ələ keçiriblər və ölkənin təhlükəsizliyi, ərazi bütövlüyü, suverenliyi beynəlxalq ictimaiyyət və cəmiyyət tərəfindən təmin edilməlidir".
Abramyan ölkənin son 4,5 ildə fəlakətə sürükləndiyini də qeyd edib.
Ağarza Elçinoğlu