Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili səhhətinə görə Tbilisi şəhər məhkəməsinin iclasında iştirakdan imtina edib.
"Unikal" "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, hakim Giorgi Arevadzenin sözlərinə görə, Saakaşvili hətta xəstəxanadan uzaqdan belə görüşdə iştirakdan imtina edib. O, prosesi onsuz davam etdirməyə razılaşıb.
Saakaşvilinin cəzasının ləğvi və ya təxirə salınması ilə bağlı bugünkü iclasda müdafiə tərəfi adından amerikalı toksikoloq Devid Smit çıxış edib. Keçmiş prezidentin bədənində aşkar olunan toksinlər və metalların onun həyatı üçün təhlükəli olduğu barədə tibbi rəyi məhz o verib.
Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili Saakaşvilinin əfv olunması ilə bağlı suala cavab verməkdən yayınıb. Görüş ərəfəsində Gürcüstan sakinləri prezidentdən Saakaşvilini azad etməməyi tələb ediblər.
Ağarza Elçinoğlu