Rusiyanın Saratov vilayətində yerləşən "Engels" aerodromuna pilotsuz uçuş aparatlarının (PUA) hücumu olub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hücumdan sonra səma təyyarələr üçün müvəqqəti bağlanıb. 

Eyni zamanda, Saratovdakı Qaqarin hava limanında bəzi reyslərin uçuş və enişləri yubanır.

****13:42

Rusiyanın "Engels" hərbi aerodromunda yenidən partlayış olub.

"Unikal" "Mash"a istinadən xəbər verir ki, ərazidə hava həyəcanı siqnalı verilib və hava hücumundan müdafiə sistemləri işə düşüb.

Qeyd edək ki, dekabrın 26-da həmin aerodroma dronla hücum olmuşdu. Nəticədə 3 rus hərbçi həyatını itirib. 

Gülayə Mecid