"Biz Laçın dəhlizi ətrafında yaranmış gərginlikdən narahatıq. Rusiya tərəfi həm İrəvanla, həm də Bakı ilə təmasda öz işini və səylərini davam etdirəcək".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdakı rus sülhməramlılarına BMT mandatı vermək və ya beynəlxalq qüvvələri regiona cəlb etməklə bağlı sözlərinə cavabında bildirib ki, bunun üçün hər iki münaqişə tərəfinin razılığı lazımdır.
Peskov əlavə edib ki, Rusiya Qarabağda vasitəçilik səylərini davam etdirir və üçtərəfli əsasda əldə olunmuş razılaşmaları yerinə yetirir. Kreml nümayəndəsinin sözlərinə görə, Putinlə Paşinyan arasında söhbət zamanı Laçın dəhlizi mövzusu çox ətraflı müzakirə olunub.
Ağarza Elçinoğlu