Demokratik dünyanın böyük əksəriyyəti Rusiya Federasiyasının Ukraynaya hərbi təcavüzünü pisləsə və Ukraynaya kömək etsə də, Ermənistan hakimiyyəti rus işğalçıları ilə iqtisadi, siyasi və hərbi sahədə uğurlu tərəfdaşlıq etdiyini bildirir.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın UNİAN agentliyi məlumat dərc edib.
Qeyd olunan məlumata görə, noyabrın 23-də bütün dünya rusların növbəti hücumuna sərt reaksiya verdi: "Zaporojye vilayətinin Vilnyansk şəhərində doğum evinə raket atılması nəticəsində yeni doğulmuş körpə, Kiyev vilayətinin Vışqorod şəhərində isə 7 nəfər ölüb. Həmin gün Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Rusiya prezidenti Putini qəbul edərək işğalçı ölkə ilə sadiq dostluq və müttəfiqlik münasibətlərinə və strateji tərəfdaşlığa and içib".
Paşinyan Qərbə yönləndirməyə hazır olduğu təəssüratı yaratsa da, Ermənistanın baş naziri Rusiyanın ən yaxın müttəfiq olduğunu təkrarlamaqdan yorulmur: "Ukraynada müharibə başlayandan bəri Paşinyan 4 dəfə Rusiya Federasiyasına səfər edib, 5 dəfə Kreml diktatoru ilə görüşüb və onunla telefonla 15 dəfə əlaqə saxlayıb. Demokratik Ukraynaya qarşı təcavüz fonunda Rusiya Federasiyası ilə Ermənistan arasında hərbi tərəfdaşlıq daim dərinləşir".
Məlumatda həmçinin Ermənistanın belə sıx hərbi əməkdaşlığın bəhrələrindən Azərbaycan ərazisində separatizmi gücləndirmək üçün istifadə edəcəyi də qeyd olunub: "Qarabağdakı separatçı anklavın rəhbərliyi Rusiyanın Ukraynaya təcavüzünü təkcə sözdə deyil, fəal şəkildə dəstəkləyib və dəstəkləməkdə davam edir. Qarabağdakı erməni anklavının "avtoriteti" artıq Ukraynadakı rus işğalçılarına bir neçə ton ərzaq göndərib. Bu, həm də beynəlxalq ictimaiyyət tərəfindən pis niyyət jesti kimi dəyərləndirilir".
Nəşr hərbi münaqişə qurbanlarının Ukrayna və Azərbaycan olduğunu yazıb: "Ermənistan hakimiyyəti və ölkə daxilindəki kremlpərəst separatçılar özlərini Ukrayna ilə eyniləşdirir və bütün dünyanı Ermənistanın Qarabağ münaqişəsinin qurbanı olduğuna inandırırlar. Lakin hər kəsə aydındır ki, hərbi münaqişələrin qurbanları Ukrayna və Azərbaycandır. Onların ortaq düşməni var - Rusiya Federasiyası və onun Ermənistan rəhbərliyi, eləcə də Qarabağdakı separatçılar kimi ortaqları".
Ağarza Elçinoğlu