Hazırda prezident Aleksandr Lukaşenkonun göstərişi ilə Belarusda raketin qəzaya uğradığı yerdə bir qrup hərbi qulluqçu və müstəntiq işləyir.
"Unikal" xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
Məlumata görə, raketin düşməsi barədə dərhal Lukaşenkoya məlumat verilib.
Hazırda iki əsas versiya nəzərdən keçirilir:
Raketin Belarus ərazisinə uçuşu bu yaxınlarda Polşada raketin yanlış istiqamətə uçması hadisəsinə oxşardır və yaxud raket Belarusun hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Enişin səbəbləri müəyyənləşdirilir.