Ankara Egey dənizində Yunanıstanın ərazi sularının genişləndirilməsinə icazə verməyəcək.
"Unikal" “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair mətbuat konfransında bildirib.
“Biz Yunanıstana xəbərdarlıq edirik. Öz başınıza macəra axtarmayın... Nəticələri Yunanıstan tərəfi üçün çox fəlakətli ola bilər”, - deyə o bildirib.
Çavuşoğlu "Türkiyə həm Ege, həm də Aralıq dənizindəki maraqlarını qorumağa davam edəcək" və Yunanıstanın ərazi sularının Afinada elan edildiyi kimi 12 mil deyil, 1 mil belə genişlənməsinə icazə verməyəcəyini vurğulayıb.
Gülayə Mecid