Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Fransanın Avropa və Xarici İşlər naziri Ketrin Kolonna ilə telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.
Qeyd olunub ki, danışıq zamanı dekabrın 23-də Parisdə bir Fransa vətəndaşının hücumundan sonra zorakılığa səbəb olan hadisələr müzakirə olunub.
Çavuşoğlu beləliklə Fransanın terror təşkilatlarının əsl üzünü gördüyünü, PKK/PYD/YPG dairələrinin hücum bəhanəsi ilə Türkiyəyə qarşı başlatdığı qara təbliğatın, bu təbliğat fəaliyyətlərinə icazə verilməməsinin lazım olduğunu vurğulayıb.