Türkiyənin İstanbul şəhərinin Kartal bölgəsində “Gecənin ucunda” serialının çəkilişlərinə hazırlıq zamanı məhəllə sakinləri ilə çəkiliş heyəti arasında mübahisə düşüb.
"Unikal" xəbər verir ki, döyüşün böyüməsi ilə setə basqın edən gənclər əllərindəki bıçaq və çubuqlarla çəkiliş qrupunu təqib ediblər. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub.
Hadisə dünən günorta saatlarında Kartalda baş verib. Əldə edilən məlumata görə, Kartalda “Gecənin ucunda” serialının çəkilişlərinə hazırlıq zamanı söyüş söydükləri üçün məhəllə gəncləri ilə çəkiliş işçiləri arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib. Hadisə yerindən uzaqlaşan gənclər qısa müddətdən sonra əllərindəki cubuq və bıçaqlarla set işçilərinə hücum edib. Dava məhəllə sakinlərinin müdaxiləsi ilə yatırılıb.
Digər tərəfdən məhəllə sakinləri Neslihan Atagül və Kadir Doğuluya zəng edərək məhəllələrinə baş çəkmələrini istəyiblər.