Hazırda İsveç xəstəxanalarında COVID-19-dan müalicə olunan 2179 xəstə var.
"Unikal" xəbər verir ki, Krallığın səhiyyə idarəsi cümə axşamı bildirib ki, bu, 2022-ci il üçün yeni rekorddur.
Əvvəlki rekord yanvar ayına təsadüf edib. Ölkənin tibb müəssisələrində eyni zamanda 2138 koronavirus xəstəsinə yardım göstərilib.
Pandemiyanın bütün dövrü üzrə rekord 2021-ci ilin yanvarında qeydə alınıb. Həmin vaxt 2972 nəfər koronavirusa yoluxmuş şəxs xəstəxanalarda müalicə olunub.