Cənubi Koreyanın Qvaçeon şəhərində tuneldə 44 avtomobilin iştirakı ilə qəza baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisədən sonra maşınlar yanmağa başlayıb. Nəticədə 5 nəfər ölüb, 37 nəfər yaralanıb.
Tunelə polis, təcili yardım, 4 yanğınsöndürən maşını, 219 yanğınsöndürən və helikopter göndərilib. Alov sürətlə yayıldığı üçün ərazidən qatı tüstü qalxıb.