Türkiyənin qərbindəki İzmir şəhərində kran aşıb, azı 5 nəfər həlak olub.

“Unikal” xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Televiziya şirkətinin məlumatına görə, hadisə çoxmərtəbəli hotelin tikintisində baş verib.

TRT telekanalı xilasetmə xidmətlərindəki mənbələrə istinadən xəbər verir ki, hadisə kranın qaldırılması işləri zamanı baş verib.

İlkin məlumata görə, iki nəfər xəsarət alıb.

Hadisə yerinə xilasedicilər cəlb olunub.