İtaliyada kiçik təyyarə mühərrikin dayanması səbəbindən Alp dağlarında məcburi eniş edib.

"Unikal" xəbər verir ki, “Trento” hava limanından bir pilot və iki sərnişinlə havaya qalxan təyyarə Laqoray dağ silsiləsində 2100 metr yüksəklikdəki qarla örtülmüş əraziyə məcburi eniş edib.

Təyyarədən sağ çıxan pilot və sərnişinlər helikopterlə xilas edilib.