Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, nazirlər Suriya probleminin nizamlanması ilə bağlı addımların gələcək koordinasiyasını müzakirə ediblər.