Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə şəxsi fermasını nümayiş etdirib.
"Unikal" xəbər verir ki, bu barədə "Belarus 1” telekanalı məlumat yayıb.
Telekanal göstərib ki, prezidentin malikanəsində toyuqlar, hinduşkalar, hətta dəvəquşular, o cümlədən inək, keçi, atlar, o cümlədən ponilər yaşayır. Təsərrüfat işçilərinin sözlərinə görə, heyvanlar prezidenti tanıyır və qorxmur, hətta onun gəlişinə sevinirlər.
Telekanalın jurnalistləri müxtəlif cins dovşanların - dekorativ, kaliforniya, burqundiya, alman anqorası, fransız qoyunlarının saxlandığı dovşanlığa da baş çəkiblər.
Sonda isə Lukaşenko jurnalistlərə ağ və qara rəngli dovşanlar hədiyyə edib.