Rusiya Federasiyası ilə Ukrayna arasında növbəti əsir mübadiləsi olub. Bununla da 140 ukraynalı vətəninə qayıdıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak  məlumat verib.

“Yeni ildə biz təkcə düşmənin raket hücumlarını dəf etmirik, həm də insanlarımızı geri qaytarırıq. Bu, həyata keçirilən daha bir böyük mübadilədir - 140 nəfər evlərinə qayıdır”, - Yermak yazıb.

Onların arasında - 132 kişi və 8 qadın, 22 zabit və 118 çavuş və əsgər var.