82 rusiyalı hərbçi Ukrayna əsirliyindən geri qaytarılıb. 

"Unikal" xəbər verir ki, bu barədə dekabrın 3 -də Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. 

Nazirlikdən verilən məlumata görə, azad edilmiş hərbçilər Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri ilə Moskvaya çatdırılacaq.

Sərbəst buraxılan hərbçilərə tibbi və psixoloji yardım göstərildiyi vurğulanır.

Ağarza Elçinoğlu