Can Azərbaycanla birgə 12 təlim gerçəkləşdirərək hərbi imkanlarımızı nəzərdən keçirdik.

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilin yekunları ilə bağlı "Twitter" hesabında yazıb.

"Qara dənizdə və Azərbaycanda milli texnologiya hərəkatımızın lokomotivi olan "Teknofest"i keçirdik. 18,1 milyard türk lirəsi sərmayəsi ilə yüksək əlavə dəyərə malik 100 layihəyə dəstək verdik", - Türkiyə lideri bildirib. 

Ərdoğanın sözlərinə görə, 2022-ci ildə 46-sı xaricdə olan 85 yüksək səviyyəli terrorçu zərərsizləşdirilib.

Ağarza Elçinoğlu