Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski Laçın dəhlizi ilə bağlı açıqlama verib. 

"Unikal" xəbər verir ki, o, dəhlizdəki problemin Fransadan qaynaqlandğını deyib. 

Polyanskinin sözlərinə görə, Rusiyanın Daimi Nümayəndəliyi əvvəldən Təhlükəsizlik Şurasının reaksiyasının hazırlanması kontekstində konstruktiv işləmək əzmindədir.

"İrəvanın tələbi ilə bu prosesi fransızlar koordinasiya edib, onlar bizim təkliflərimizin böyük əksəriyyətinə məhəl qoymayıb, eyni zamanda Təhlükəsizlik Şurasının digər üzvlərinin düzəlişlərini nəzərə alıblar", - deyə nümayəndənin birinci müavini qeyd edib.

O vurğulayıb ki, Rusiya Qərb ölkələrindən fərqli olaraq sözdə deyil, əməldə Qarabağda, o cümlədən Laçın dəhlizi ətrafında münaqişənin həlli ilə məşğuldur.

Ağarza Elçinoğlu