Avropada Yeni il iğtişaşlarla başlayıb.

"Unikal" xəbər verir ki, Yeni il ərəfəsində Fransada və Almaniyanın paytaxtında ixtişaşlar baş verib. 

Fansa Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları 490-a yaxın adamı saxlayıb.

İxtişaşlarda 690 avtomobil yandırılıb. Nazirliyin rəhbəri Cerald Darmaninin sözlərinə görə, Yeni il şənlikləri zamanı ölkədə 90 min polis və jandarm çalışıb. Onlardan bəziləri yaralanıb.

"690 avtomobil yandırıldı... Polis və jandarmlar 490 həbs etdi... Beləliklə, 2022-ci il Yeni il ərəfəsində ən az avtomobilin yandırıldığı, ən çox həbs edilən il oldu” , - Darmanen-in Twitter səhifəsində yazıb.

Bundan əvvəl bildirilmişdi ki, Yeni il ərəfəsində Stokholm ətrafı Vallinqbi şəhərinin mərkəzində atışma zamanı 3 nəfər yaralanıb . Yaralılar xəstəxanaya yerləşdirilib. Yerli polisin məlumatına görə, hadisə yerinə xeyli qüvvə cəlb edilib, əməliyyatda helikopterlər və xidməti itlər də iştirak edib. İsveç hüquq-mühafizə orqanları cinayətdə mütəşəkkil cinayətkar qrupun günahkar olduğunu irəli sürüb.

Berlində də Yeni il iğtişaşlarla keçib. Məlumata görə, fövqəladə hallar xidmətlərinə 38 hücum edilib, bu zaman 15 əməkdaş yaralanıb. 22 nəfər fişəng və raket atəşi nəticəsində yaralanıb. Onlardan biri xəstəxanadadır.

Yanan avtomobili söndürərkən polis və yanğınsöndürənlər də hücumlara məruz qalıb.

Kreuzberg ərazisində zibil qutularından barrikadalar qurulub, sonradan onlar yandırılıb. Şöneberqdə küçə barrikadasında gənclər asayiş keşikçilərinə hücum edərək onlara daş və dəmir barmaqlıqlarla hücum ediblər.

Neuköllndə avtobus estakadanın altında yandırılıb. Avtomobil tamamilə yanıb – yanğınsöndürənlər yalnız polisin mühafizəsi altında alovu söndürə biliblər.