Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə Braziliyada keçirdiyi görüşdə NATO -nun genişlənməsi və Suriyadakı vəziyyəti müzakirə edib.
"Unikal" xəbər verir ki, bu barədə diplomat öz Twitter səhifəsində yazıb .
“Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın salamlarını Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə çatdırdıq. Biz Suriya və NATO-nun genişlənməsini müzakirə etdik”, - deyə nazir bildirib.
Bundan əvvəl Finlandiyanın müdafiə naziri Antti Kaykkönen ölkəsinin 2023-cü ilin iyuluna kimi NATO üzvü ola biləcəyini bildirmişdi.
Bundan əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar bildirmişdi ki, Finlandiya və İsveç NATO-ya daxil olarkən Ankaranın tələblərini yerinə yetirmək üçün konkret addımlar atmır. Akarın sözlərinə görə, Ankara NATO-nun açıq qapı siyasətinə açıq qalır. Eyni zamanda Türkiyə milli təhlükəsizlik prioritetlərinin nəzərə alınmasını gözləyir.