Ukraynanın Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Rişi Sunakla telefonla danışıb.

"Unikal" xəbər verir ki, bu barədə Zelenski öz “Twitter“ində paylaşım edib.

“Müharibədə qələbənin bu il qazanılmasını yaxınlaşdırmaq üçün səylərimizi gücləndirmək barədə razılaşdıq. Bununla bağlı konkret qərarlarımız var”, - deyə o qeyd edib.