“Siyasətlə məşğul olmaq planım yoxdur”.

"Unikal" xəbər verir ki, bunu "Baykar" müdafiə sənayesi şirkətinin İdarə heyətinin sədri, "Bayraktar" pilotsuz uçuş aparatlarının (PUA) yaradıcısı Selçuk Bayraktar deyib.

O bildirib ki, sonadək hazırki işi ilə məşğul olmağı planlaşdırır:

“Əlbəttə, bu, yarışdır. Biz də, onlar da (siyasətçilər-red.) öz vəzifələrini icra edəcəklər. Getdiyimiz yoldan dönməyəcəyik”.