Çad hökuməti ölkədə dövlət çevrilişinə cəhd edildiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə “France 24” telekanalı məlumat yayıb.

Məlumata görə, hücumun arxasında Çad İnsan Haqları Təşkilatının prezidenti Baradin Berdei Targionun başçılıq etdiyi 11 zabitdən ibarət qrup dayanıb.

"Təhlükəsizlik xidməti hərbçilərin ölkədə sabitliyi pozmaq və konstitusiya quruluşunu pozmaq cəhdinin qarşısını alıb", - telekanal xəbər verib. 

Qeyd edək ki, 2021-ci ilin fevralında Targio konstitusiya quruluşunu alt-üst etmək ittihamı ilə üç il müddətinə azadlıqdan məhrum edilib.