Nigeriyanın cənubundakı Edo əyalətində dəmiryol stansiyasına basqın edən silahlı şəxslər 32 nəfəri qaçırıblar.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə dünən yerli vaxtla saat 16:00-da Tom İkimi stansiyasında baş verib. Hücum zamanı bir neçə nəfər güllələnib.
Edo əyaləti administrasiyasının sözçüsü Kris Osa Nehikhare bölgədə əməliyyata başladığını bildirib.