Bu gün Bakı metrosunda vəfat etmiş sərnişinin kimliyi məlum olub.
"Unikal" xəbər verir ki, bu, 1965-ci il təvəllüdlü Xaqani Hüseynovdur.
***08:43
"20 Yanvar" stansiyasında təxminən 60 yaşlarında olan bir sərnişin halı pisləşdiyi üçün 7:45-də qatardan düşürülüb.
"Unikal" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
"Dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib. Təcili tibbi yardımın bütün səylərinə baxmayaraq, sərnişin dünyasını dəyişib", - deyə qurum rəsmisi qeyd edib.