Ötən gün dəm qazından boğularaq vəfat edən Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşı, polis leytenantı Elmir Əsgərov sabiq deputat İlham Əliyevin qohumu imiş.
Bu barədə İlham Əliyev "Unikal"a açıqlama verib:
"Elmir mənim bibimin nəvəsidir. O, uzun illər polis serjantı kimi DİN-də işləyib. Daha sonra Polis Akademiyasında oxuyub və leytenant rütbəsi alıb. Onu Siyəzəndə sahə müvəkkili təyin etdilər.
Dünən səhər Elmiri yeni vəzifəyə təyinat gözləyirdi. Siyəzən Rayon Polis Şöbəsinin rəisi tərəfindən Daxili İşlər Nazirliyinə onun təqdimatı verilmişdi. Elmirə Siyəzən polisində yeni vəzifə və baş leytenant rütbəsi veriləcəkdi. Əfsuslar olsun ki, qismət olmadı", - deyə o bildirib.
Murad İbrahimli