Son günlər havaların kəskin soyuması, nəticədə çovğunla müşahidə edilən qar yağması və buzlaşma ilə əlaqədar ölkənin əsasən dağlıq istiqamətlərində, o cümlədən işğaldan azad edilən bəzi rayonların elektrik veriliş xətlərində müəyyən problemlər orataya çıxıb.
"Unikal" xəbər verir ki, Xızı, Qəbələ, Ağsu, Yardımlı rayonunları ilə yanaşı “Kəlbəcər” xəttinin Daşkəsən istiqamətindəki Alaxançallı kəndində, Qubadlı-Laçın xəttinin Güləbird və Şuşa xəttinin Boyük Tağlar kəndlərindən keçən buzlaşmış hissələrində də problemlər yaranıb. Bu və digər ərazilərin elektrik enerjisi ilə təmin olunmaları üçün “AzərEnerji” ASC bütün imkanlarını səfərbər edib.
Qeyd olunmalıdır ki, kəskin hava şəraiti işin intensiv aparılmasına mane olur, qarın qalınlığı bəzi ərazilərə texnikanın çıxarılmasını çətinləşdirir. Buna baxmayaraq probleminin həlli istiqamətində ciddi addımlar atılıb və atılır.