Rusiya sülhməramlılarının komandanlığı Xankəndi-Qoris yolu ilə avtomobil nəqliyyatının maneəsiz hərəkətinin bərpası ilə bağlı Azərbaycan və Ermənistan tərəfləri ilə danışıqlar prosesini davam etdirir.
"Unikal" xəbər verir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyindən verilən məlumata görə, Ağdərə, Xocəvənd rayonları və Laçın dəhlizində üç marşrut üzrə patrul xidməti həyata keçirilib.
Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.