Ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, arabir qar yağıb, bəzi yerlərdə intensivləşib.
"Unikal" xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, qar örtüyünün hündürlüyü Cəlilabadda 35, Altıağacda 31, Lerikdə 30, Rvarudda 29, Xaltanda 25, Kəlvəz, Yardımlıda 22, Qubada 19, Xaçmazda 18, İsmayıllı, Göytəpədə 16, Qaxda 15, Şamaxı, Qusar, Qəbələdə 14, Şabranda 12, Biləsuvar, Şəki, Lənkəranda 7, Qobustan, Hacıqabul, Daşkəsəndə 6, Gədəbəy, Ağsu, Göyçay, Tərtər, Cəfərxan, İmişlidə 3, Ağdərə, Göygöl, Bərdə, Astarada 2, Ceyrançöl, Sabirabad, Beyləqan, Salyan, Naftalan, Ağdamda 1, Sumqayıtda 10, Bakıda 8, Maştağa, Binədə 4, Ələt, Pirallahıda 1 sm-dək olub.
Şimal-şərq küləyinin sürəti Neftçalada 20, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.6 metrə çatıb. Dumanlı hava şəraiti isə Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Şəki, Şamaxı, Qrız, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-100 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək şaxta, Naxçıvan MR-da 8-11, dağlıq rayonlarda 10-16 dərəcə şaxta, Aran rayonlarında isə 2 dərəcəyədək şaxta olub.