İsrailin Azərbaycandakı səfiri Corc Dik Muxtar Məmmədovu İsrailə səfir təyin olunması münasibətilə təbrik edib.

"Unikal" xəbər verir ki, İsrail diplomatı bu barədə "Twitter"də paylaşım edib.

“Səfirliyinizin açılışını və sizin orada fəaliyyətə başlamanızı səbirsizliklə gözləyirəm. Biz birlikdə ölkələrimiz arasında əlaqələri daha da gücləndirəcəyik, genişləndirəcəyik və dərinləşdirəcəyik”, - diplomat bildirib.