Daxili İşlər Nazirliyi xəstəxanaya yerləşdirilən Tofiq Yaqublu ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətindən “Unikal"a verilən məlumata görə, bu gün həkim Adil Qeybulla DİN-in İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinə gedərək Tofiq Yaqublu ilə görüşüb. Həkimin məsləhəti ilə T.Yaqublu ətraflı müayinə olunması üçün xəstəxanaya köçürülüb. Tibbi müayinənin nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.

xxx

Müsavat Partiyasının inzibati həbsdə olan üzvü Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib.

“Unikal” xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi Feysbuk hesabında paylaşım edib.

Onun sözlərinə görə, T.Yaqublu Ə.D.Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasına (hazırki Binəqədi Tibb Mərkəzi)  yerləşdirilib.