Xaçmaz rayonunun Həsənqala kəndində yanğın olub.

"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, ümumi sahəsi 54 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 54 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 6 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.