“İsveç və Finlandiyanın NATO-ya müraciətlərinin Türkiyə tərəfindən ratifikasiyası üçün lazım olan şərtləri yerinə yetirmək üçün təxminən 2-2,5 ay vaxt var”.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib.

Onun sözlərinə görə, prezident seçkiləri öncəsi Türkiyə Böyük Millət Məclisinin tətilə çıxmasına bu qədər vaxt qalıb:

“Alyansın sammitinə qədər onların NATO-ya üzv olmaq istəsələr, bizim zaman məsələmiz var. Nəzərə alsaq ki, parlament seçkilərə bir müddət qalmış tətilə gedəcək, bütün bunları etmək üçün sizin (İsveç və Finlandiya – Red) 2-2,5 ay vaxtınız var”.