Xaçmaz rayonunda ev yanıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.Bildirilib ki, Çaxçaxlı kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 110 m² sahədə və əşyaları yanıb.

"Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda qeyd olunub.