Azərbaycanda nikah müqaviləsi sözünün dəyişdirilməsi təklif olunub.
"Unikal" xəbər verir ki, bu təkliflə parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Sədaqət Vəliyeva çıxış edib.
O bildirib ki, nikah müqaviləsinin adını dəyişib “evlilik anlaşması” kimi qanunvericiliyə daxil edilməsi yaxşı olardı.
"Həmçinin, ailə məhkəmələrinə ehtiyac var. Mövcud məhkəmələrin ailələrin dağılma səbəbləri ilə maraqlanmağa vaxtı yoxdur”.
Anar Kəlbiyev