“Bu gün universitetlərdən verilən qırmızı diplomlar tələbələrə nə verir? Biz bunu araşdırdıq, gördük ki, üstünlüyü yoxdur".
"Unikal" xəbər verir ki, bunu parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Rauf Əliyev deyib.
"Bu da o deməkdir ki, 3 alanda, 5 alanda da eyni diplomdur. Bu məsələləri işləmək lazımıdır. Məktəblərdə, bağçalarda problemlər var. Elm və Təhsil Nazirliyinə zəng edirsən filan problem var, deyirlər bizlik deyil. Bəs bu məsələnin həlli kimlikdir?".
Anar Kəlbiyev