Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinə tullantıların atılaraq qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Vaqif Cavadov "Unikal"a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı artıq ərazinin aidiyyəti qurumların əməkdaşları tərəfindən tullantılardan təmizlənməsi işlərinə başlanıldığı müəyyən edilib.