Laçın rayonunun Sonasar kənd inzibati ərazisinə daxil olan Sonasar kəndinin sakini Quliyev İsfəndiyar Məhəmmədəli oğlu doğma yurda qayıtmağa hazırdır.
"Unikal" xəbər verir ki, qalan ömrünü Laçında yaşamağı səbrsizliklə gözlədiyini deyən laçınlı ağsaqqal Prezident İlham Əliyevin Laçının ən hündür yerində Azərbaycan bayrağını qaldırması mərasimini böyük sevinc hissi ilə baxdıqlarını qeyd edib:
“Bizim həyatımız Laçında davam edəcək”.
Bütün gözəlliklərin Laçında, Şuşada, Qarabağda cəmləşdiyini deyən Quliyeva Həcər Hüseyn qızı quruculuq və bərpa işlərini fəxr, qürur hissi ilə izlədiklərini deyib.
Tezliklə doğma yurda qayıtmağa hazırlaşan keçmiş məcburi köçkün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.
Dövlət Komitəsinin hazırladığı videoçarxlarda Laçının, Zabuxun, Susun sakinləri doğma yurda qayıdışla bağlı fikirlərini bölüşürlər.