"Koronavirusa qarşı vurulan peyvəndlər mövsümi qriplərə qarşı effektiv deyil".

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib

Nazir bildirib ki, COVID-19 əleyhinə olan vaksinlər məhz həmin virus üçün idi.

"Əminliklə deyə bilərik ki, 3 doza vaksin alanlar koronavirusun yeni yaranan ştamlarına qarşı qoruyuculuğa malikdirlər. Onlar yoluxsa belə, xəstəliyi yüngül keçirirlər".

Anar Kəlbiyev