"İşğal dövründə təbii sərvətlərimiz talan olunub, təbiətimizə qarşı ciddi qəddarlıq baş verib".

"Unikal" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Nazir bildirib ki, bütün bu halların monitorinqi həyata keçirilməlidir:

"Hər bir halların monitorinqinin keçirilməsi vacibdir və keçiriləcək. Azərbaycan tərəfinin irəli sürdüyü bütün tələblər üzərində ciddi işlər davam etdirilir və biz onlara nail olacağıq".

Anar Kəlbiyev