Bakıda müəllimin şagirdlərə şiddət göstərməsi əks olunan görüntü yayılıb.

DİN-in mətbuat xidmətindən "Unikal"a bildirilib ki, hadisə Bakıda yerləşən məktəblərin birində qeydə alınıb.

Hazırda araşdırma aparılır.

***12:53

Azərbaycanda daha bir müəllim şagirdə qarşı şiddət tətbiq edib.

"Unikal" xəbər verir ki, videoda müəllimin dərs zamanı şagirdlərə nəzarəti itirdiyi görünür.

Müəllim nizam-intizama tabe olmayan uşaqlara qarşı ağır ifadələr işlədir və onları döyür.