"Bel ağrılarının səbəbi qarın bölgəsində artıq çəki və piylənmə ola bilər".

Bunu "Unikal"a plastik cərrah dr. Vüqar Ələkbərov deyib.

"Uzun müddətdir bel ağrılarınız varsa, bunun gündəlik həyatınıza təsirinin də fərqindəsiniz. Artıq çəkinin gətirdiyi yanaşı xəstəliklər zamanı istifadə olunan dərmanlar da həm maddi, həm də fiziki əziyyətə çevrilir. Sinirli və stresli olaraq ətraf mühitdən də əlaqələr kəsilir. 

Heç düşündünüzmü bel ağrıları nədən ola bilər?

Bəli, qarın nahiyəsindəki artiq pilənmə və dəri sallanması. Abdominoplastika olan xəstəlarin hamısı bel ağrılarının azaldığını və hətta sidik qaçırma probleminin ciddi ölçüdə azaldığını deyir. Bu əməliyyat həm də hamiləlik və kilo alımı zamanı yırtılmış əzələlərin bərpasını (rektus diastazı) təmin edir. Buna ingiliscə “Mummymakeover“ , Türk dilində “Annelik estetiği“ də deyilir. 2016-cı ildə Avstraliyada 208 insan üzərində aparılan araşdırma nəticəsində 85% xəstədə qarın gərmə sonrası bel ağrısı və sidik qaçırma azalıb. Öncə insan, öncə sağlıq", - deyə o bildirib.