Rus sülhməramlıları Laçın dəhlizində Qoris- Xankəndi marşrutu üzrə humanitar yüklər çatdırıblar.

"Unikal" xəbər verir ki, bu  barədə Müdafiə Nazirliyinin saytında bildirilir.

“Rusiya sülhməramlı kontingentinin humanitar yük daşıyan bir avtomobil karvanı Qoris-Xankəndi marşrutu üzrə müşayiət olunub”, - məlumatda deyilir.

Həmçinin qeyd edilir ki, Rusiya Federasiyasının sülhməramlıları otuz müşahidə məntəqəsində vəziyyətin gecə-gündüz monitorinqini aparır və  Ermənistan və Azərbaycan arasında atəşkəs rejiminə riayət olunmasına nəzarət edirlər.

Bundan əvvəl Ermənistan xarici işlər nazirinin müavini Vahe Gevorkyan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşündə Qarabağda humanitar vəziyyətin pisləşməsindən şikayətlənib .