"Sosial müdafiə siyasətindən danışanda həmişə aktiv sosial müdafiə tədbirlərini önə çəkməliyik. Populist çıxış edərək özünə xal qazanmaq istəyən siyasətçilər passiv sosial müdafiə faktorlarını önə çəkirlər. Yəni, dövlət versin, mən də xərcləyim".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib. 

"Biz aktiv sosial müdafiədən, yeni iş yerlərinin açılmasından, məşğulluqdan, əmək haqqının yüksəldilməsindən danışmalıyıq. Cəmiyyətdə elə bir əhval-ruhiyyə yaranmasın ki, oturmalıdır evində, dövlət pul verməlidir, bu da xərcləməlidir. Necə ki, ünvanlı sosial yardım nə qədər insanı ələbaxımlı öyrətmişdi", - deyə komitə sədri vurğulayıb.

Anar Kəlbiyev