"Hansısa dərmanı 1 manata alırsan, səhəri gün gedirsən qiymət olub 1 manat 15 qəpik".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.

"Dərmanlarla bağlı Səhiyyə Nazirliyinə zəng vururam, deyirlər ki, buna Tarif Şurası və idxalçı şirkətlər baxır. Türkiyənin böyük dərman şirkətləri Azərbaycana dəvət olunsun, burada birgə dərman istehsal edilsin. Buna imkan var və bilirik ki, Türkiyə özünü dərmanla təxminən 85% təmin edir. Amma bu, ola bilər ki, 1 ilə qədər vaxt aparsın. İnsanlar bir ilə qədər dərmanlarla bağlı neyləsinlər?  Təklif edirəm ki, bir dövlət qurumu yaradılsın, onlar bazarda dərman çatışmayanda tender əsasında özləri alsınlar, aptek şəbəkələrinə satış üçün versinlər. Burada müəyən qədər dövlət tərəfindən tənzimləmə olsun”.

Anar Kəlbiyev