"Azərbaycanda rezidentlərin çalışması üçün ayrılan xəstəxanaların sayı azaldılacaq".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, bununla bağlı Səhiyyə Nazirliyi ilə danışıqlar olub: “Hər xəstəxanaya rezident göndərmək olmaz. Əvvəl bu məsələ ilə bağlı 31 xəstəxana nəzərdə tutulmuşdu. Həmin say azaldılacaq. İmkanları məhdud olmayan xəstəxanalar rezidentləri qəbul etməlidir".

Anar Kəlbiyev