Şərur sakinlərində qanunsuz saxlanılan silahlar aşkarlanıb.
"Unikal" xəbər verir ki, Şərur Rayon Polis İdarəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatları əsasında keçirdikləri tədbirlərlə Çomaxtur kənd sakini Nurəddin Məmmədov və Sərxanlı kənd sakini İdris Şükürovdan 12 kalibrli qanunsuz saxlanılan silahları aşkarlayaraq götürüblər.
Hər iki faktla bağlı araşdırmalar aparılır.